Vətəni sevmək azdır, Onu qorumaq gərək. Vətənim demək azdır, Vətənin olmaq gərək. Övlad gərək vətənə, Vətəndir yol, deyirlər... Ona qurban gedənə Əsl oğul deyirlər... Onun əvəzi olmur, O hər kəsdən irəli. Gözdən əzizi olmur, Vətən gözdən irəli... Adi quşcuğazın da Ola Vətəni gərək. Vətəni sevmək azdır, O sevə səni gərək... |
Nə vaxt viran olur o,
Zülmət gəzir üzündə: Cığırını, yolunu Yad çəkmələr əzəndə... O keçməz əldən-ələ, O, əbədi diləkdir. Qara tikanı belə Yenə Vətən deməkdir... Fərqi yoxdur azca da; Ya kiçik yalı getdi, Ya bir quru ağacı, Ya bir mahalı getdi... Bilir ərlər, ərənlər, Vətənə tay olmayır, Ömürdən pay verərlər, Vətəndən pay olmayır. |