Çaparlar yollarda duman qopardı.
Çatdı hökmdardan xaqana xəbər: – Gözəl ağ atını sən mənə göndər! “Ağ atı verəkmi?! At ki qanaddır!” Xaqan çox düşündü, o, qəmə batdı. Dedi: Qan düşməsin bir atın üstdə. |
İl keçdi...
Çatdı hökmdardan xaqana xəbər: – Ortancıl oğlunu sən mənə göndər, Mənim qoşunumda əsgərlik etsin. Yox, yox! Ağ atıma mehtərlik etsin! “Övladdan əl çəkək? Övlad muraddır!” Xaqan çox düşündü, o, qəmə batdı. Dedi: Qan düşməsin bir oğul üstdə. |
Dünyaya nur saçan erkən bahardı,
Çaparlar yollarda duman qopardı: – Daha darlıq edir burda yer mənə. Qonşu torpaqları, xaqan, ver mənə! “Yadlar hakim olsun yurdumda mənim?” Gəldi məsləhətə el dəstə-dəstə: – Vecsiz torpaqlardır, qoy verək getsin. – Kol-kos da bitməyir o şoran düzdə. |
Sizcə, xaqan nə
deyəcək? |
Xaqan öz yerindən qalxdı kədərlə:
___________________________________ ... Çaparlar qorxudan geri çapdılar, Yadlar bu torpaqda qəbir tapdılar.... Nəbi Xəzri
|