2. Mətnə əsasən Kuku xarakterizə edin.
3. Kuk nə üçün gəminin ərzaq anbarını kələm turşusu, soğan, portağal və limon ilə təmin etdi?
Verilmiş məlumatlardan istifadə etməklə sualı cavablandırın.
Kələmin vətəni Aralıq dənizi
sahili ölkələri, Yaponiya və Çin
hesab olunur. Onun müxtəlif
növləri var. Kələmin duzlu suya
qoyulub qıcqırdılması qədim
Çinə aiddir. Tərkibi C, A, U, K, B
qrup vitaminləri ilə zəngindir.
Zərərli mühiti zərərsizləşdirir,
mikrobları öldürür.
Soğanın vətəni Asiyadır. Zaqafqa-
ziyada və Azərbaycanda soğan
çox qədim vaxtdan əkilir. Tərkibi
C vitamini ilə zəngindir. Soğan
orqanizmi təmizləyir və zərərli
şirələri xaric edir, göbələk xəstə-
liklərini zərərsizləşdirir. Soğanın
antibakterial təsirindən istifadə
edərək epidemik xəstəliklərin qar-
şısını
almaq mümkündür.
Limonun vətəni qədim Hindistan
torpağıdır. Son illərdə Azərbayca-
nın
subtropik rayonlarında müvəf-
fəqiyyətlə
becərilir. Limonun tərkibin-
də
şəkər, azotlu maddələr, mineral
maddələr, A, C, B1, B2, B5, B6, B9
vitaminləri vardır. Onun təzə sıxıl-
mış
şirəsi bədəndən zəhərli mad-
dələri xaric edir, insanın immunite-
tini
möhkəmlədir. Şərq təbabətində
limon qara ciyər və ağ ciyər xəstə-
liklərini, qripi sağaldan, müxtəlif
zəhərlənmələrdə zəhər əleyhinə
qoruyucu vasitə hesab edilib.
Portağalın vətəni Yeni Çin və Hind-
Çindir.
Qədimdə məhsuldarlıq, uğur
və məhəbbət simvolu kimi qəbul
edilmişdir. Portağal şirəsində xeyli
C vitamini olduğuna görə soyuq-
lama
və avitaminoz xəstəliklərinin
müalicəsi üçün xeyirlidir. O, yor-
ğunluğu
aradan götürür və qan
damarlarını möhkəmləndirir, bakte-
riyaları öldürür, immuniteti yüksəldir,
bağırsaqların işini normallaşdırır.