Ceyms Kuk gəmi heyətinin sağlamlığının qayğısına qalırdı. Belə ki o, ərzaq ehtiyatlarında kifayət qədər kələm turşusu və soğan, tər tərəvəzi əvəz edən portağal və limonun olmasına nəzarət edirdi. Buna görə də onun rəhbərlik etdiyi gəmi heyətində vitamin çatışmazlığından yaranan xəstəliklər olmadı.
Bundan başqa, C.Kuk öz adamlarından ciddi surətdə təmizkarlıq tələb edirdi. O, hər gün dənizçilərin əllərini yumasını yoxlayır, onların şəxsi gigiyenalarına riayət etmələrinə, gəminin təmizliyinə ciddi nəzarət edirdi. Qaydanı pozan yeməkdən məhrum edilirdi.
Kuk bütün səfər boyu quruya yaxın üzürdü ki, onun dəqiq təsvirini xəritəyə köçürə bilsin.
● Xəritəyə əsasən C.Kukun birinci səyahəti zamanı keçdiyi ərazilərin
marşrutu haqqında 5-6 cümlə yazıb mətnə əlavə edin.
|
1. Özünüzü kəşf etmək arzusunda olan dəniz kapitanı təsəvvür edin. Nə edərdiniz?
|