Qəfildən güclü külək əsdi. Çayın suyu yatağına qayıtdı. Külək dayandı. Günəşin şəfəqləri ətrafa səpələndi. Palıd gördüklərinə inanmadı. Torpağın üstündə huşunu itirmiş adamlar gördü. Qarışqalar adamlara çevrilmişdilər. Adamlar gözlərini açıb ayağa qalxdılar.
...Qarışqa adamlar elə çayın kənarındaca məskən saldılar. Əkib-becərib dolandılar.
İllər ötdü. Qoca palıd artıq tək-tənha deyildi. Onun ətrafında çoxlu-çoxlu meyvə, küknar, şam ağacları var idi. Qarışqa adamlar çay daşmasın deyə onun ətrafında bənd də tikmişdilər.
|
1. Nə üçün qarışqalar yaşamaq üçün palıd ağacının köklərini seçmişdilər?
2. Palıd nə üçün məhz qarışqalar üçün narahatlıq keçirirdi?
3. Daşan çay niyə palıd ağacını yerindən tərpədə bilmədi?
4. Mətnə əsasən palıd ağacının xüsusiyyətlərini yazın.
|
Səbəb |
Nəticə |
||||||||||||
|
|
|
9. Mətndə altından xətt çəkilmiş sözləri cümlədə fərqli mənada işlədin.
10. Verilmiş sözləri mətndəki hansı sözlərlə əlaqələndirmək olar?
əzəmətli, parlaq, xırda, balaca, yamyaşıl, möhkəm, rəngbərəng Nümunə: rəngbərəng quşlar |