Dilimizdə elə sözlər var ki, onlar iki və ya üç sözün birləşməsindən yara-
nır
və yeni mənalı sözlər əmələ gətirir. Belə sözlər bir əşyanın, anlayışın
və s. adını bildirir.
Günəbaxan, yeraltı, toyuq-cücə, isti-soyuq və s. bu kimi sözlər mürək-
kəb
sözlər hesab edilir.
Mürəkkəb sözlər 3 cür yazılır:
Bitişik yazılan mürəkkəb sözlər müxtəlif mənalı sözlərin birləşməsindən
əmələ gəlir. Üçbucaq, qaratoyuq, ayaqqabı, yarımada belə mürəkkəb
sözlərə nümunə ola bilər.
Günəbaxan gün və baxmaq sözlərinin birləşməsindən əmələ gəlib bitki
adı; üçbucaq üç və bucaq sözlərinin birləşməsindən əmələ gəlib fiqur adı;
ayaqqabı ayaq və qab sözlərinin birləşməsindən əmələ gəlib geyim adı
bildirir.
Rüstəm tələsik ayaqqabılarını geyindi. Qapıdan çıxanda gözü quşatana sataşdı. Onu götürüb darvazaya tərəf yollandı. Qızılgül kollarının yanından keçib küçəyə çıxdı. Qurbangilin evlərinə çatmağa az qalmışdı. O, hər gün buradan keçəndə dostunu səslər, sonra birlikdə məktəbə gedərdilər. Onların evinə çatar-çatmaz iynəyarpaq şam ağacının budağına bir quşun qonduğunu gördü. Yerdən bir daş götürüb quşatana qoydu və daşı buraxdı. Daş quşa dəymədi. Birdən məktəbə gecikdiyini xatırlayıb yerindən götürüldü. Sinfə girəndə Qurbanı görmədi.
Birinci dərsdən sonra məktəbə xəbər çatdı ki, Qurbanın başı yaralanıb.
✓ Sizcə, Qurbanın başı niyə yaralanmışdı? ✓ Rüstəmin hərəkətinə münasibət bildirin. Sizcə,
|