Mətni oxuyun. Çox-çox qədim zamanlarda insanlar günün və ayın niyə çıxdığını, ulduzların niyə ancaq axşam göründüyünü bilmirdilər. Onlar başa düşmürdülər ki, niyə yağış, qar yağır? Niyə göy guruldayır? Bəzən günlərlə yağış yağmayanda, quraqlıq olanda onlar elə bilirdilər ki, mahnı oxumaq, rəqs etmək lazımdır. “Günəş, çıx”, “Yağmur, gəl” (Yağmura çağırış), “A yel baba” xalq yaradıcılığına aid mahnılar hesab edilir. Yağmura çağırış
(ixtisarla)
Göy, göy, göy olsun!
Arpa, buğda bol olsun! Ala öküz qurban olsun! Dura-dura yorulduq, Acımızdan qırıldıq. Yerdən bərəkət, Göydən hərəkət. Tanrım, tanrım, göndər yağmur. Onların icra etdiyi hərəkətlər müasir rəqslərin, dedikləri sözlər nəğmə və mahnıların əsasını qoymuşdur. ✓ Mahnıda qədim insanların hansı arzuları öz əksini tapmışdır? |
|