Qılınc yarası sağalar,
söz yarası sağalmaz. (Atalar sözü) |
Sözlərin düzgün tələffüzünü deyin.
|
Qrayalılar çayın yanında məskən salmışdılar. Bir gün bərk yağış yağdı. ••• ••• ••• . Əkin sahələri, ağaclar suyun altında qaldı, mal-qaranı su yuyub apardı. Qrayalılar yağışa lənət oxumağa başladılar. Bunu eşidən bulud səmanı tərk etdi. Hər tərəfi duman bürüdü. Qrayalılar nə gündüzlər günəşi, nə də gecələr ayı, ulduzları görə bildilər.
Günlər ay, aylar il oldu, amma duman çəkilmədi ki, çəkilmədi. Qrayalılar isə nə yemək yeyir, nə də su içirdilər. Hamısı da eyni yuxunu görürdü.
Yuxuda gördülər ki, gözüyaşlı bulud aya, ulduzlara, günəşə kəndin sakinlərindən şikayət edir. Mən gedirəm, bir də yağış yağdırmaram! Bir damla belə yağış göndərmərəm bu yerlərə!
Onda biz də gedirik Nə mən gecələr hər yeri işıqlandıracağam,
nə də mənim ulduzlarım səmanı bəzəyəcək! Qoy işıqsız qalsınlar
Günəş dedi:
– Mən də gündüzlər yeri isitməyəcəyəm.
7 il ötdü. Qrayalılar yuxudan oyandılar. Duman çəkilib getmişdi. Adamların hamısının saç-
saqqalı
ağarmış, bütün sakinlər qocalmışdı. Sən demə, duman sehrliymiş. Hər şey yuxuda
gördükləri kimi idi. Günəş də öz yerində yox idi. Elə soyuq idi, elə soyuq idi ki, gəl görəsən.
Artıq qrayalılar səhvlərini başa düşmüşdülər. Toplaşıb yağışı çağırmağa başladılar. Yağışı, buludu vəsf edən mahnılar oxudular, onlar üçün rəqs etdilər.
Günəş dağların arxasından boylandı. Ay ulduzlarını gecələr səmaya səpələdi. Qrayalılar günlərlə yatmadılar, səhərlər illərlə həsrət qaldıqları günəşə, gecələr aya, ulduzlara tamaşa etdilər.
Yağış yağdı, nə yağdı! Hər tərəf yamyaşıl oldu, çayın suyu aşıb-daşdı...
● Müzakirə.
|
Qrayalıların hansı xüsusiyyəti göy cisimlərinin xoşuna gəlmir?
Bulud, günəş və ay inciməkdə haqlı idilərmi? Fikirlərinizi faktlarla sübuta yetirin. |