Yaşıllığı hər biriniz sevirsiniz. Dincəlmək üçün yaşıllıqların qoynuna can atırsınız, amma onu qorumursunuz. Dincəldikdən sonra qoyub getdiyiniz (plastik, plastiq) torbaları, başqa artıqları yadınıza salmaq istəyirəm. Bilirsinizmi, belə artıqlar heyvanlara necə zərər verir? Onları da düşünün. Unutmayın ki, heyvanlar da, bitkilər də mənimdir, məni təşkil edən zərrələrdir. Gəlin dərindən düşünək. Öz evinizi təmiz görmək hər birinizin istəyidir. Məni – hamınızın ümumi evini təmiz saxlamağa niyə səy göstərmirsiniz? |
Mən təmiz olsam, qidalarınız təmiz olacaq, ağ ciyərlərinizə gedən hava təmiz olacaq. Məni çirkləndirməyə davam etsəniz, öz sağlamlığınızı təhlükəyə atacaqsınız. Özünüzü düşünün. Özünüzdən sonra gələcək nəsilləri düşünün. Gec deyil, elə bu gündən başlayaraq müsbət dəyişikliklər etmək mümkündür.
Əzizlərim, özünüzü qorumaq üçün məni qoruyun.
Ümid edirəm ki, sözlərimə qulaq asdıqdan sonra mənə qarşı daha diqqətli olacaqsınız. Axı mən hamınızın eviyəm. Həyətlərdə, evlərdəki dibçəklərdə çiçəklər əkdiyinizi görsəm, parklarda göz oxşayan əlvan (rəngli, rənkli) güllərin cərgəsini görsəm, istirahət və əyləncə mərkəzlərində tullantıların zibil qutularına atıldığını görsəm, çiçəkləmiş ağacların güllərinin meyvəyə çevrildiyini görsəm, başa düşəcəyəm ki, sözlərim ünvanına çatmışdır. Deməli, dünyanı gözəlləşdirmək üçün işə başlamışsınız.
Növbəti məktublarda şikayətlənməmək arzusu ilə sizdən ayrılıram. Ümid edirəm ki, növbəti məktubum ancaq təşəkkürlərdən ibarət olacaq. Sizi sevirəm və sevgimin qarşılığını gözləyirəm.
Vüqar Adil
|
1. Sxemi tamamlayın.
|
YER KÜRƏSİNİN
çağırışları
etirazları
Sİzİn münasİbətİnİz
|