2. Mətni düzgün intonasiya ilə oxuyun. Sizcə,
müraciətdə məhəbbət, yoxsa məzəmmət daha çox hiss olunur? I HİSSƏ
Mən Yer kürəsiyəm. Tarixi çox-çox qədimlərə uzanan doğma məkanam. Bəli, bəli, səhv eşitmədiniz. Yer kürəsi... Üzərində yaşadığınız Yer kürəsi. Mənim qədimliyim haqqında məktəbdə sizə danışıblar. Tarixim minilliklərə kimi gedib çıxır. Artıq yaşımı da unutmuşam. Amma əhəmiyyətli hadisələrin çoxunu yadımda saxlamışam. Üzərimdə qurulan ilk insan yuvası tənhalığımın sonu oldu. |
Sevincimin həddi-hüdudu yox idi. Həmin gündən insan və təbiətin qarşılıqlı münasibəti yarandı. Sinəmdə neçə-neçə nəsillər yaşadı, sonra yerini yenilərinə verdi.
Hə... Çox hadisələrin şahidi olmuşam. Sizin düşündüyünüzdən də çox.
Əziz balalar, istəyirəm ki, məni, sadəcə, torpaq, su və havadan ibarət cansız varlıq hesab etməyəsiniz. Mən də canlıyam. Qoynumdakı yaşıl meşələr, gömgöy sular, bərəkətli torpaq – bunlar hamısı sizin üçündür.
Hər birinizin uğurunu və inkişafını gördükcə, ixtiraların, kəşflərin şahidi olduqca çox sevinirəm. Dayanmayın, uğurlarınız sizi yeni qələbələrə səsləsin.
Son zamanlar məni çox düşündürən bir məsələni sizinlə bölüşmək istəyirəm. Təbiətə vurulan zərbə məni çox narahat edir. Axı təbiətə vurulan zərbə insanın sağlamlığına vurulan zərbədir.
Təbii sərvətlər tükənməz deyil. Sizdən əsrlərlə əvvəl də insanlar yaşayıblar və əsrlər sonra da insanlar gələcəklər. Gələcək nəsilləri də düşünün. Axı biz bir ailəyik... Gələcəyi düşünmək bizim mənəvi borcumuzdur.
|
3. Dinlədiyiniz mətndəki hansı fikirlər Yer kürəsinin müraciəti ilə üst-üstə
düşür?
|
4. Yer kürəsinə yaşını müəyyənləşdirməkdə kömək edin.
5. Havanın çirklənməsinə səbəb olan problemlər hansılardır?
6. Yer kürəsi müraciətində haqlıdırmı?
|
|
7. Yer kürəsi nə üçün sizə müraciət edir?
8. Sizcə, Yer kürəsi hansı hadisələrin şahidi ola bilərdi?
|