Əziz dost!
Biz sizinlə artıq uzun bir yol addımladıq! Bölmənin sonuna gəldik.
Bölmədə müxtəlif mətnlərlə tanış oldunuz, yaxşının və pisin nə
olduğunu öyrəndiniz. Sizin inkişafınızda ailənin, məktəb və müəllimin
rolu haqqında müəyyən təsəvvürlərə malik oldunuz. Fikirlərinizi dinlə-
mək,
bölmədə nəyi öyrəndiyinizi və necə öyrəndiyinizi bilmək çox ma-
raqlıdır
Bölmənin əvvəlində sizə müəyyən suallar ünvanlanmışdı. Həmin
suallar ətrafında bir az da düşünün. Fikirlərinizdə bir dəyişiklik oldumu?
Nə dəyişdi?
Verilmiş cümlələri tamamlayın və mülahizələrinizi yoldaşlarınızla
bölüşün.