− Uşaqlar, ilk olimpiya oyunlarının Qədim Yunanıstanda yaran-
dığını
bilirsiniz. Bəs bu oyunların niyə məhz olimpiada adlandırıl-
dığını
bilirsinizmi?
Lətifə dedi:
− Məncə, bu, Zevsin şərəfinə keçirilən oyunlarla bağlıdır. Qədim
Yunanıstan əsatirlərinə görə, Zevsin məkanı Olimp adlı müqəddəs dağ
olmuşdur. Olimpiada sözü də buradan yaranmışdır.
Yunis əlavə etdi:
− Olimp Yunanıstanda ən yüksək dağ massividir. Egey dənizi sahi-
lində
yerləşir. Hündürlüyü 2911 m-ə qədərdir. Bu dağın həmişə yaşıl
kolları, enliyarpaqlı şam meşələri var.
− Bəs ilk olimpiya bayrağı nə zaman yaranmışdır? − deyə Ləman
soruşdu.
Nicat dedi:
− 1913-cü ildə. Həm də rəngi ağ olmuş, üzərində sarı, göy, qırmızı,
yaşıl, qara rəngli beş halqa təsvir olunmuşdur.
– Rənglərin nəyi təmsil etdiyini bilən var? − deyə Nazlı soruşdu.
Fateh dedi:
− Bəli. Göy rəng Avropanı, sarı rəng Asiyanı, qırmızı Amerikanı,
yaşıl Avstraliyanı, qara rəng isə Afrikanı bildirir.
Yusif əlavə etdi:
− Halqaların bir-birinə bağlanması isə birliyə çağırışdır. Bayraq
ilk dəfə 1920-ci ildə VII Olimpiya oyunlarında qaldırılmışdır.
− Bəs ilk fənn olimpiadasının nə zaman keçirildiyini bilirsiniz?
− Deyəsən, ilk dəfə riyaziyyat fənni üzrə keçirilib, − Lətifə dedi.
Nazlı dedi:
− Düzdür. İlk dəfə riyaziyyat
fənni üzrə bu, müsabiqə şəklində
1886-cı ildə Rumıniyada, olimpiada
şəklində isə 1894-cü ildə Macarıs-
tanda
keçirilmişdir. Daha sonra
digər ölkələrə yayılmışdır.