Əgər dialoq şifahi şəkildə-
dirsə,
nitqin canlı olması üçün
intonasiya, səs tonu, mimika və
jestlərə əməl etmək lazımdır.
Əgər dialoq yazılırsa, durğu
işarələrinə, sözlərin düzgün
yazılışına, cümlələrin düzgün
qurulmasına diqqət
yetirmək lazımdır.
1. Mövzunun müəyyənləşdirilməsi
2. Dialoqa girəcəyiniz şəxsin (şəxslərin) müəy-
yənləşdirilməsi
3. Mövzu ilə bağlı sualların müəyyənləşdirilməsi
4. Alınan cavablara münasibət bildirilməsi
5. Deyilənləri təsdiqləmək üçün faktlardan,
sübutlardan istifadə edilməsi
6. Yeri gəldikcə nəzakətli sözlərdən istifadə
edilməsi
1. Mənası hamıya aydın olan söz və ifadələrdən
2. Sadə və yığcam cümlələrdən
3. Sual cümlələrindən
4. Sual cümlələrinə verilən cavablardan
5. Bəli (hə), xeyr (yox) sözlərindən
6. Müraciət bildirən sözlərdən
7. Münasibət bildirən sözlərdən (bəlkə, görəsən, deyəsən, əlbəttə, deməli və s.)