A hərfi vergülün başını sığalladı, sonra onun göz yaşlarını silib dedi:
Vərəqdə yazılan bütün işarələr və hərflər müdrik A hərfinin dediklərini təsdiq etdi. Vergül bir az fikrə getdi. Birdən üzünə xoş bir təbəssüm yayıldı. – İşə bax, indiyə kimi bunu başa düşməmişəm. Həmişə başqa işarələrə həsəd aparmışam. Sən demə, bütün yazılarda mənim olmağım vacib imiş! Vergül sakitləşib gülümsədi və balaca quyruğunu nəvazişlə tumarladı... Gülarə Munis
|