|
1. Süleyman Rüstəmin “0ğluma” şeirini dinləyib sualları cavablandırın.
|
1 |
Şair oğluna hansı müsbət keyfiyyətləri aşılayır? |
2 |
Şair oğlunu hansı mənfi keyfiyyətlərdən uzaq olmağa çağırır? |
3 |
Şeirdə verilmiş nəsihətlərdən istifadə edərək cədvəli tamamlayın. |
Ətrafa münasibət | ● ● ● | ● ● ● | ● ● ● |
Özünə münasibət | ● ● ● | ● ● ● | ● ● ● |
Eldar xasiyyətcə çox kobud oğlan idi. Yoldaşları ilə tez-tez mübahisə edər, onları incidər, xətirlərinə dəyərdi. O bu xasiyyətini (tərgidə bilmirdi, unuda bilmirdi). Bir gün atası onu yanına çağırır, mismarla dolu torba və bir taxta parçası verib deyir: – Oğlum, götür bunları. Yoldaşlarınla mübahisə edib onları incitdiyin hər bir gün üçün bu taxtaya bir mismar vur. |
Sözlərin düzgün
tələffüzünü deyin:
[mismarla] – [mismarnan]
[yoldaşlarla] – [yoldaşdarnan] [dostlarla] – [dosdarnan] |
Eldar birinci gün taxtaya 11 mismar vurur. Bu, həddən artıq (xeyli, çox) idi. Sonrakı günlər isə özünü daha yaxşı idarə etməyə çalışır, sinif yoldaşları ilə mülayim rəftar edirdi. Taxtaya vurduğu mismarlar gündən-günə azalırdı. Nəhayət, elə bir gün gəlir ki, Eldar taxtaya heç bir mismar vurmalı olmur. Atasının yanına gedib taxtanı ona göstərir və daha heç kimi incitmədiyini deyir. Atası taxtaya baxır və (gülümsəyərək, gülərək) Eldara deyir: – Yaxşı, oğlum, bu gündən etibarən mübahisə etmədiyin hər günə görə taxtadan bir mismar çıxarırsan. |
Günlər keçir. Bir gün Eldar taxtadakı bütün mismarların qurtar-dığını görür. Sevinir. Bu dəfə taxtanı göstərdikdə atası onun başını sığallayıb deyir: – Afərin, oğlum! Sən bunu bacara bildin. Onda nə qədər dəlik olduğunu görürsənmi? O daha heç vaxt əvvəlki kimi olmayacaq. Dostlarla mübahisə edəndə xoş olmayan sözlər dilə gətirmə. Belə sözlər dostun qəlbinə yara vurur, onu incidir. Sən çox yaxşı oğlansan, Eldar. Dəfələrlə üzr istəsən də, hətta dostun “səni bağışladım” desə də, o yara heç vaxt sağalmır. Eynilə bu taxtada olduğu kimi. Söz yarasının yeri həmişə qalır. |