3. Mətndən ananın dilindən səslənən atalar sözlərini seçin.
4. Ana oğluna hansı tərbiyəvi xüsusiyyətləri aşılayır? Aşağıdakı cədvəli tamamlamaqla sualı
cavablandırın.
Xüsusiyyət |
Təsdiqləyici cümlə |
|
Çörəyin mayası möhkəm olsun. |
|
• • • |
|
Adam gərək zəhmətini bada verməsin. |
|
• • • |
5. Bilikli olmaq üçün nə etmək lazımdır? Bilikli olmaq xoşbəxt olmaq üçün kifayətdirmi?
6. Mətni adlandırın və mətndəki əsas fikri müəyyənləşdirin.
7. Mətndən istifadə etməklə “Tərbiyənin əsası ailədə qoyulur” fikrini təsdiq edin.
|
8. Təndir sözünün leksik mənası aşağıdakılardan hansıdır?
|
daşdan hörülmüş iri qurğu
gildən düzəldilən iri kürə
metaldan hazırlanan qurğu
9. Sözlərin ifadə etdiyi mənaları müəyyənləşdirib oxla birləşdirin.
naxış
gözəllik və yaraşıq verən bir şey
bəzək
rənglərin kombinasiyasından ibarət şəkil, çəki
|
10. “Müxtəlif xalqların milli çörəkləri” mövzusunda təqdimat hazırlayın.
|
Plan:
- Milli çörəklər haqqında məlumat toplamaq üçün 6-7 xalq seçin.
- Həmin xalqların milli çörəkləri haqqında məlumat toplayın.
- Topladığınız məlumatlar içərisindən lazım olanları seçin.
- Məlumatları təsdiq edən şəkilləri toplayın.
- Giriş mətni hazırlayın. (Müvafiq atalar sözündən epiqraf kimi istifadə edə bilərsiniz.)
- Seçdiyiniz məlumatları və şəkilləri təqdimata əlavə edin.
- Sonluq yazın.