MƏKTUBUN HAZIRLANMASI
1
2
3
4
Müraciət hissəsi
Ümumi hissə
Fərqləndirici hissə
Yekun (son) hissə
Bu hissədə müraciət
olunan şəxsin adı, soy-
adı göstərilir. Məktub
yazılan şəxsin kimliyi
nəzərə alınmaqla adın
əvvəlinə hörmətli, əziz,
sevimli, doğma və s.
kimi sözlər artırılır.
Bu hissədə
məktub yazan
şəxs müraciət
etdiyi şəxsin
əhvali-ruhiyyəsi,
vəziyyəti ilə
maraqlanır.
Bu hissədə
məktubun
əsas məz-
munu öz
əksini tapır.
Bu hissədə
məktubu yazan
şəxsin adı, soy-
adı, məktubun
yazıldığı tarix
(gün, ay, il)
göstərilir.
Nümunə:
Əziz dostum Yusif, salam!
Necəsən? Dərslərin necədir?
Qiymətlərin yaxşıdırmı?
İnanıram ki, dərs ilini uğurla
başa vuracaqsan.
Sənə məktub yazmaqda əsas
məqsədim düşüncələrimi bölüş-
mək istəyimdir. İstəyirəm ki, ta-
rixi abidələrimiz, görməli yerlə-
rimiz haqqında təqdimatlar
hazırlayaq, onları paylaşmaqla
hamını məlumatlandıraq. Belə
olduğu halda, yaşıdlarımız tanı-
madıqları, görmədikləri yerlər
haqqında məlumata malik ola-
caqlar. Bunun üçün biz hər əra-
zidən bir nəfər seçməli, qrup
yaratmalı, görəcəyimiz işləri
müəyyənləşdirməliyik.
Bununla bağlı fikirlərini bilmək
maraqlı olardı. Cavabını
gözləyəcəyəm.
Yunis Abdullayev
24 yanvar 2020-ci il
Sizcə, müasir dövrdə
məktubun kağız üzə-
rində yazılmasına
ehtiyac varmı?
3. Bu şəxslərdən birini seçib ona məktub yazın:
Üzeyir Hacıbəyliyə Saray xatuna Anaya
Məktubu hansı mövzuda yazacağınızı özünüz düşünün.

Kimə

Üzeyir
Hacıbəyli

Kimdən

5 - sinif sagirdi

Fateh Sahbazlı

Ünvan: Akademik Şamil Əzizbəyov
küşəsi 67/69