|
Mən sülhə
səs verirəm
Mən sülhə səs verirəm
Milyonlardan biritək. Qoy bir daha ordular Üz-üzə dayanmasın. Mən sülhə səs verirəm – Bombaların səsindən Beşikdəki körpələr Hıçqırıb oyanmasın. Mən sülhə səs verirəm – Böyük kəndlər, şəhərlər Viran olub qalmasın Tüstü-duman içində. Mən sülhə səs verirəm – Qədim abidələri Yerlə-yeksan etməsin Toplar bir an içində. Mən sülhə səs verirəm – Ağ saçlı anaların Gözləri yaşla dolub Qəlbi darda qalmasın. (Hüseyn Arif)
|