basqın – 1. ansız hücum; qəfildən,
gözlənilmədən
edilən hücum; 2. talan, çapovulçuluq
vıyıldamaq – vıyıltı səsi çıxarmaq
Qarışqayeyən
nizam – 1. qayda, tərtib, üsul; 2. sıra, cərgə, səf,
düzülüş
qeyri-adi – adi olmayan, adətdən kənar, fövqəladə,
görünməmiş
ehtiyac – 1. hər hansı bir şeyə olan və onsuz keçinməsi
mümkün olmayan tələbat, gərəkli, lüzum;
2. yoxsulluq, kasıblıq
israf – artıq və lazımsız yerə xərcləmə, sərf etmə,
işlətmə, dağıtma, puç etmə
qənaət – 1. bir şeyi ehtiyatla, sərfəli və səmərəli işlətmə, artıq işlətməmə, israf etməmə; 2. kifayətlənmə,qane olma; 3. fikir,
yəqinlik
ekoloji – ekologiyaya aid, ekologiyaya məxsus
tarazlıq – 1. üfüqi cəhətdən düzlük; 2. iki şeyin bir-biri
ilə uyğunluğu, eyni ağırlıqda, vəzndə olması
ziyafət – təntənəli qonaqlıq
Çiçək – yeddi ləçək
şirniyyat – şirnidən hazırlanan hər növ dadlı, şirin
şeylər; qənnadı məmulatı
sakitləşdirmək – 1. sakit etmək, rahatlandırmaq;
rahatsızlığını, iztirabını, həyəcanını aradan qaldırmaq,
təskin etmək; 2. yatırtmaq, ləğv etmək; 3.
yüngülləşdirmək, ya aradan qaldırmaq, kəsmək
ləçək – 1. ağdan, çitdən, ipəkdən və s.-dən
üçkünc
qadın baş örtüyü; 2. çiçək tacında olan yarpaq,
gül yarpağı
güldan – 1. dərilmiş gülü qoymaq üçün müxtəlif
formalı qab, gülqabı; 2. dibçək
səmərəli – səmərə verən, yaxşı nəticə verən,
faydalı, xeyirli, məqsədəuyğun, əlverişli
məmnuniyyətlə – xoşluqla, razılıqla; şad olaraq,
sevinərək, məmnun halda, məmnunluqla
ehtiyatla – 1. qorxa-qorxa,
çəkinə-çəkinə,
ehtiyat
etmək; 2. yavaş, asta, səs salmadan, yavaşca
Təmənnalı yaxşılıq
ilıq – 1. azacıq isti, nə soyuq, nə isti, hərarətcə mülayim;
2. tamam bişməmiş, bərk bişməmiş,
yarımmaye halında bişmiş;
3. hərarətli, oxşayıcı, nəvazişli, mehriban, xoş |
quzğun – 1. qarğa növündən iri və bərk şığıyan
yırtıcı quş; 2. 1941–1945-ci
illər müharibəsi vaxtı
faşizm təyyarələrinə verilən ad
caynaq – bir çox heyvan və quşların barmaqlarının
qarmaqvari iti ucları
çəng – formaca arfaya oxşayan qədim Şərq simli
musiqi alətlərindən biri
sal (daş) – plitə şəklində iri, bütöv yastı daş parçası
şum – şumlanmış torpaq
toxum – 1. ali bitkilərin, adətən, mayalanmadan sonra inkişaf edən və maya ilə qabıqdan ibarət
olan rüşeymi; tum; 2. əkmək üçün ayrılmış dən
qaratikan – çəpər üçün istifadə edilən tikanlı kol,
bitki
kol – torpaqda qol-budaq
şəklində ayrılan alçaq, ağacaoxşar bitki
kök – 1. bitkilərin torpaq altında olan, suyu soran
və onları qidalı maddələrlə qidalandıran yarpaqsız
hissəsi, rişə; 2. sarı, sarı-qırmızı,
qara rəngli
kökümeyvəli bitkilərdən birinin adı, yerkökü; 3. saçın,
dişin və s.-nin
bədənin içində olan hissəsi;
4. nəsil, əsil-nəsəb,
mənşə; 5. müəyyən dərəcəyə
qaldırdıqda yeni bir kəmiyyət alınan ədəd
IV BÖLMƏ
Xoşbəxtliyin sirri
xoşbəxtlik – həyatında son dərəcə məmnunluq,
dərin razılıq və sevinc hissi, səadət
müdrik – 1. dərin dərrakəli, çox ağıllı, çox dərin
düşünən, aqil, dünyagörmüş, anlayan, dərk edən, kamala yetmiş, yetişmiş;
2. dərinmənalı hikmətli, dərinfikirli, ağıllı
mənzərə – 1. bir yerin uzaqlara qədər gedən
ümumi görünüşü, gözün qavraya bildiyi yerin,
sahənin, təbiətin görünüşü, axar-baxar;
2. təbiəti
əks etdirən şəkil, rəsm
masa – miz, stol
ləziz – ləzzətli nemət – 1. yaşamaq üçün lazım olan şeylərin məcmusu,
rifah; 2. xoşbəxtlik, səadət, yaxşılıq
Azərbaycana gəlsin
seyr – seyretmə, baxma, tamaşaetmə, göz gəzdirmə
hörmət – 1. böyüklərə, yaşlılara və ya ləyaqətinə,
xidmətinə görə birinə göstərilən ehtiram, sayğı;
2. şərəf, şan, heysiyyət
|