miras – 1. ölən adamdan sonra varislərə qalan
mal, mülk və s.; 2. burada – keçmiş dövrlərdən
qalan yadigar
vətənpərəst – öz vətənini sevən, öz xalqına və
vətəninə sadiq və onların mənafeyi yolunda
canından keçməyə hazır olan
yal – hündür bir yerin təpəsi; dikdir; yoxuşun başı
III BÖLMƏ
Benjamin Franklin
intizam – nizam və qayda, səliqə, tərtib
nəfs – tamah, tamahkarlıq təmkin – özünü ələ ala bilmə bacarığı, soyuq- qanlılıq, özünü itirməmə; ciddilik, ağırlıq, vüqar
Nənənin məktubu
davranış – davranma tərzi; hərəkət, rəftar
lovğa – özü haqqında böyük fikirdə olan, başqalarına
xor baxan; təkəbbürlü, təşəxxüslü
öyünmək – 1. özünü öymək, özünü tərifləmək;
lovğalanmaq; 2. arxalanmaq, bel bağlamaq,
özünə arxa saymaq
tövsiyə – necə hərəkət etmək, bir işi necə
görmək haqqında təklif, məsləhət, tapşırıq
yersiz – 1. yeri, məkanı olmayan; yeri-yurdu
olmayan;
2. torpaqsız; 3. yerində, məqamında
olmayan; 4. təsirsiz; 5. nahaq, əbəs, əsassız
Ağacların bəhsi
bəhs – 1. bir şey haqqında ətraflı danışma, müzakirə
etmə, fikir yeritmə; 2. mübahisə, söz güləşdirmə;
3. bir əsərin müəyyən məsələyə həsr
olunmuş hissəsi, fəsli, bölməsi
dirək – 1. bir şeyi saxlamaq üçün altına vurulan tir,
sütun, dayaq; 2. arxa, kömək, daldanacaq mənasında
əsla – heç, heç bir vaxt, qətiyyən
qoza – 1. palıd, şam və qayın ağaclarının qoza oxşayan yeyilməyən meyvəsi; 2. pambıq
kolunun hələ açılmamış, yuvarlaq şəkilli və içində
pambıq olan qönçəsi; 3. keçmişdə qadın paltarının
qollarında gümüş, ya qızıldan yuvarlaq bəzək
zorba – 1. çox iri, çox yekə, çox böyük; 2. çox
böyük, çox nüfuzlu, görkəmli; 3. çox güclü, çox
qüvvətli
|
vecsiz – lazımsız, gərəksiz, yararsız, karsız,
yaramaz, dəyərsiz, xeyirsiz, işəgəlməz, bikara
Tutuquşu
çəpər – 1. bir yerin və ya bir şeyin ətrafına taxtadan
və ya başqa materiallardan çəkilən divar, barı;
hasar; 2. bostanda əkini küləkdən qorumaq üçün
ləklərin arasında tikan və s.-dən
çəkilən sədd
nitq – danışma, fikri sözlərlə ifadə etmə qabiliyyəti
əhsən – bəyənmə, tərif bildirir
əcaib – çox qəribə, çox təəccüblü, qeyri-adi, görünməmiş
alqışlamaq – birini təbrik etmək üçün və ya bir
şeyi bəyənmə ifadəsi olaraq əl çalmaq
təlim – 1. öyrənmə, dərs vermə, oxutma, tədris;
2. qoşun və s. nizami bölmələrdə əsgərə döyüş
və silah işlətmə üsul və qaydalarını öyrətmə; əsgəri
məşq; 3. hər hansı bir sahə haqqında nəzəriyyə,
nəzəri sistem, nəzəri müddəaların məcmusu
yamsılamaq – başqasının danışığını, hərəkətlərini
və s.-ni
mümkün qədər eynilə təkrar etmək;
təqlid etmək
naümid – ümidsiz, ümidini itirmiş
Xocalı soyqırımı
əjdaha – 1. ağzından od püskürən, insan və
heyvanları udan, qanadlı nəhəng və ya ilan
şəklində təsəvvür olunan mövhum bir heyvan;
2. çox qüvvətli, iri, heybətli, qorxmaq bilməyən
adam haqqında; pəhləvan
qırmanc – heyvanları sürərkən vurmaq üçün kirişdən,
dəridən, ipdən və s.-dən
düzəldilən uzun
dəstəli qamçı; şallaq, tatarı
əcəl – hər bir canlının, xüsusən insanın qabaqcadan
qədərlənmiş ölüm vaxtı
vahiməli – vahimə doğuran, ürəyə qorxu salan;
dəhşətli, qorxunc, məşum
Poçt göyərçinindən “hörümçək toru”na
macəra – başa gələn həyəcanlı hadisə; qəziyyə,
sərgüzəşt
asılılıq – 1. birinin iradəsinə, hökmünə tabelilik,
birinin yardım və köməyinə möhtac olma; sərbəstliyin,
müstəqilliyin olmaması; 2. bir hadisənin
başqa bir hadisəyə nəticə və ya səbəb kimi
münasibəti
|