zirvə – 1. dağın ən yüksək nöqtəsi, təpəsi;
2. burada
– bir şeyin ən yüksək pilləsi, zirvəsi, dərəcəsi,
nöqtəsi mənasında
Balacanın böyük dərdi
alt-üst olmaq – qarma-qarışıq,
nizamsız,
bərbad bir hala düşmək
dilə gəlmək – danışmağa başlamaq,
dillənmək, sükutu pozaraq danışmaq
həsəd aparmaq – paxıllıq etmək, paxıllığını çəkmək
qətiyyətli – işində və sözündə əzmli, dəyanətli,
möhkəm, cəsarətli
mülahizə – yaxşı düşünülmüş fikir, rəy, nöqteyi-nəzər
nəvazişlə – 1. oxşama, əzizləmə, mehribanlıq
etmə; 2. burada – əzizləyərək mənasında
rol – 1. artistin səhnədə, kinofilmdə təmsil
etdiyi surət; 2. burada – əhəmiyyəti olmaq, təsiri
olmaq mənasında
təbəssüm – gülümsəmək
tədricən – yavaş-yavaş, tədriclə, az-az, dərəcə- dərəcə
təxəyyül – bir adamı və ya nəyisə zehnində,
xəyalında təsəvvürə gətirmə, canlandırma; xəyal
tumarlamaq – səliqəyə salmaq üçün sığallamaq
yanıqlı – kədərli, qüssəli, qəmli
II BÖLMƏ
Danışır Yer kürəsi ...
ahəng – 1. səslər, rənglər və s. arasında uyğunluq;
2. burada – uyğunluq, müntəzəmlik mənasında
həddi-hüdud – hədd, son, axır
gözlərini oxşayan – xoşlamaq, bəyənmək, gözünə xoş gəlmək
ixtira, kəşf – yaradıcı iş nəticəsində keçmişdə
məlum olmayan yeni bir şey tapma, kəşf etmə
istehsalçı – istehsal edən, hazırlayan adam
qıtlıq – bir şeyin tapılmaması, azlığı, çatışmaması;
ehtiyac
mənəvi borc – insanın daxili, ruhi aləmi ilə bağlı
olan, mənəviyyatla əlaqədar; batini, qeyri-cismani,
qeyri-maddi
məskunlaşmaq – 1. insan yaşayan, sakin olan yer;
insanların olduğu yer; 2. burada – yerləşmək,
sakin olmaq, yaşamaq
|
məzəmmət – danlama, qınama, danlayış,
töhmət,
narazılıq, məmnunsuzluq
zərrə – bir şeyin ən kiçik hissəsi
Qrayalılar
qarğış tökmək – birisinin haqqında pis arzu, nifrin
quraqlıq – havaların isti keçməsi, uzun müddət
yağış yağmaması üzündən torpaqda rütubətin
çatmaması, bunun nəticəsində əkin və bitkilərin
tamamilə və ya qismən quruyub tələf olması
vəsf etmək – tərif etmək
Qarışqa adamlar
agah etmək – xəbərdar etmək, bildirmək
bənd – 1. müxtəlif hissələrdən ibarət olan şeyin hissələrini bir-birinə
bağlamaq; 2. bir yeri seldən,
daşqından qorumaq, yaxud suyun (arxın,
kanalın) kənara çıxmasının qabağını almaq üçün
çəkilən sədd
həmrəylik – həmfikirlik, yekdillik
nifaq – pozuşma, çəkişmə, ixtilaf, ikitirəlik, narazılıq
təlaşa düşmək – həyəcana düşmək, təşvişə düşmək,
əl-ayağa
düşmək, vahiməyə düşmək
Üç səyahət
heyət – hər hansı bir təşkilatın, kollektivin tərki- bini
təşkil edən adamlar toplusu; tərkib
məhrum etmək – birinin əlini boşa çıxarmaq, bir
şeyi əlindən almaq
mövcud – var olan, göz qabağında olan, hazırda olan
müşahidə etmək – diqqətlə baxmaq, göz qoymaq,
seyr etmək
səyahət – müəyyən məqsədlə yaşadığı yerdən
uzaqlara getmə, səfər etmə
tərtib etmək – hazırlamaq, düzəltmək, yazmaq
At, övlad və torpaq
hakim olmaq – əlinə keçirmək, özününkü etmək,
özünə tabe etmək
mehtər – ata qulluq edən, ata baxan
mehtərlik – mehtərin işi, vəzifəsi murad – arzu, məqsəd, niyyət, dilək, istək, kam Mətnlər
fəda etmək – canını qurban etmək, həlak olmaq
qıymamaq – heyfi gəlmək, əsirgəmək, bir şeyi
başqasına rəva görməmək
|