müqavilə – qarşılıqlı təəhhüdlər haqqında
yazılı
saziş
Mən sülhə səs verirəm
dinc yaşamaq – əmin-amanlıq,
sülh, dinclik
şəraitində yaşamaq
hıçqırmaq – dərindən içini çəkərək ağlamaq,
hıçqıra-hıçqıra
ağlamaq
qəlbi darda qalmaq – burada – ürəyi sıxılmaq,
qəm çəkmək, fikir çəkmək
öz əksini tapmaq – burada – əyani surətdə
göstərilmək, ifadə edilmək
yerlə-yeksan olmaq – burada – xarabaya dönmək,
uçulmaq, məhv olmaq, viran olmaq
Məktub
cəsur – cəsarətli, igid, qoçaq, qorxmaz, ürəkli
əhvali-ruhiyyə – burada – bir şəxsin fikri, vəziyyəti, hissiyyatı
kül – 1. yanmış şeylərdən qalan boz-qara rəngli toz; 2.burada – tamam məhv edilmək, axırına çıxılmaq mənasındapartlayış – 1. partlama işi; partlama; 2. burada – bomba partlayışı
sərhədsiz – hüdudsuz, sonsuz
yaşıd – bir başqası ilə bir yaşda olan (adam), həmyaş
Çörək
ağır – 1. böyük çəkisi olan, ağır yük, ağır daş;
2. burada – çox çətin, əziyyətli, əzablı mənasında
bada vermək – puç etmək, yox eləmək, məhv
etmək, tələf etmək
bəzək – gözəllik və yaraşıq verən bir şey
biçmə – taxılı, otu oraq, dəryaz, maşın və s. ilə kəsmək
cizgi – xətt
əhd etmək – 1. öhdəsinə alma, söz vermə, üzərinə
götürmə, and; 2. burada – söz vermək, and
içmək mənasında
gübrə – bitkiləri daha yaxşı qidalandırmaq və
məhsuldarlığını artırmaq üçün torpağa qatılan
üzvi və ya qeyri-üzvi
maddə
qanı qaralmaq – pərtlik, məyusluq, əhval pozğunluğu
qeyri-adi – adi olmayan, adətdən kənar, fövqəladə,
görünməmiş
|
maya – 1. səbəb, əsas, kök, səbəbkar; 2. bəzi
qidalarda
qıcqırma əmələ gətirən maddə; 3. burada –
kök, mənşə mənasında
naxış – rənglərdən, cizgilərdən, sap və muncuqlardan
ibarət şəkil, bəzək və s.
piştaxta – mağazada, dükanda satıcı ilə alıcını bir-birindən
ayıran, üstündə mal göstərilən və buraxılan,
qabaq tərəfi bağlı uzun stol
soy – əsil, əcdad, əsil-nəcabət,
mənşə, cins
sonbeşik – sonuncu, axırıncı uşaq, övlad
sübh – səhər erkən çağı, günün başlanğıcı, günün
ilk saatları; səhər, sabah
şövq – 1. şiddətli meyil, arzu, istək, həvəs; 2. burada
– böyük həvəslə, sevə-sevə,
ürəklə mənasında
təndir – çörək yapmaq üçün gildən düzəldilən
konusşəkilli, üstü kəsik, yerə qoyulub ətrafı səki
kimi tikilən iri kürə
yapmaq – 1. bişmək üçün təndirin divarına yapışdırmaq;
2. burada – çörəyin xəmirini bişməsi
üçün təndirin divarına yapışdırmaq mənasında
zəmi – əkin yeri, tarla
zərərverici – 1. kənd, meşə, anbar təsərrüfatına,
habelə məişətdə insanlara zərər verən həşərat,
heyvan; 2. ziyan vermək, zərərli olmaq
zinət – bəzək, süs, yaraşıq
Birinci pillə
büdrəmək – yeriyərkən, addımlayarkən müvazinətini
itirmək; yolunu azmaq; yanılmaq
dürüst – doğru, düzgün, düz, həqiqi
etibarlı – etibar edilməyə layiq olan, etibarı olan,
inanılacaq, etimad ediləcək, sədaqətli, vəfalı
kövrək – 1. tez ovulan, tez dağılan, tez sınan;
2. burada – zəif, titrək addım mənasında
qənaətə gəlmək – yəqin etmək, qəti fikrə gəlmək,
nəticəyə gəlmək
məhəccər – balkonun, eyvanın, pilləkənin, körpünün
kənarına çəkilən şəbəkə; barmaqlıq, sürahi
pillə – 1. pilləkənin çıxarkən və ya düşərkən ayaq
qoyulan üfüqi hissələrindən hər biri; 2. burada –
inkişafın dərəcəsi, mərhələsi, mərtəbəsi,
səviyyəsi mənasında
pilləkən – çıxmaq və düşmək üçün pillələrdən
düzəldilmiş qurğu
səy göstərmək – çalışmaq, əlləşmək, cəhd etmək
|