I BÖLMƏ
Biz günəşin zərrəsiyik
bağ. – 1. burada – müxtəlif ağaclar əkilmiş böyük sahə; 2. ayaqqabı ipi bağça – burada – kiçik həyət bağı cəllad – 1. ölüm hökmünü icra edən adam; 2. burada – qaniçən, qəddar, mərhəmətsiz adam mənasında xüsusiyyət – 1. hər hansı bir şeyi digərindən ayıran
səciyyəvi cəhət, əlamət, keyfiyyət; 2. burada –
keyfiyyət mənasında
irq – mənşə və bəzi irsi xüsusiyyətlərinə
(saçlarının,
dərilərinin rənginə, başlarının quruluşuna və s.)
görə bir olan təşəkkül tapmış insanlar qrupu
qruplaşdırmaq – qrup halında birləşdirmək,
qrup-qrup
düzmək
sirdaş – 1. bir-birinə
ən yaxın, sadiq iki dostdan, yoldaşdan hər biri;
2. burada – dost olmaq
mənasında
titrəmək – 1. titrəmə tutmaq, əsmək; 2. burada
–
qorxmaq mənasında
uğurlu – 1. müvəffəqiyyətli; sonu, nəticəsi
yaxşı olan; xoşbəxtlik gətirən; 2. burada – xoşbəxt
gələcək mənasında
vətəndaş – 1. Müəyyən bir dövlətin əhalisinə
mənsub
olub, öz dövlətinin qanunları ilə müəyyən
edilmiş bütün tələbləri yerinə yetirməyə borclu
olan şəxs; 2. burada – vətən övladı mənasında
Himnimiz
cümlə – 1. bitmiş bir fikri ifadə edən söz
birləşməsi
və ya söz; 2. burada – hamı, hamısı, bütün mənasında
əcnəbi – 1. başqa millətə, xalqa mənsub olan;
xarici; 2. burada – başqa ölkənin vətəndaşı
farağat – 1. sakit, səssiz, dinməz-söyləməz; 2.
burada – hərəkətsiz, düz, sakit, səssiz durmaq mənasında
gülüstan – güllərin, çiçəklərin çox olduğu yer
hərb – müharibə, döyüş |
hüquq – insanlar arasında münasibətləri
tənzimləyən
normalar, qaydalar
ifa etmək – 1. yerinə yetirmək; 2. burada
– dinlənilmək
üçün oxumaq
qanun – ictimai və hüquqi münasibətlərin hər
hansı bir sahəsini nizama salmaq üçün dövlət
tərəfindən müəyyən edilən qərar, nizamnamə
məhz – ancaq, yalnız, tək, təkcə və s.
məkan – bir adamın, yaxud nəyinsə olduğu yer;
oturulan yer; yurd
məsud – xoşbəxt
müştaq – candan istəmək, arzusunda olmaq şanlı – şöhrətli, şərəfli, əzəmətli Dəbilqə (səh. 14–15)
ağır – 1. böyük çəkisi olan; ağır yük; ağır daş;
2.
burada – ağır çəkisi olan mənasında
dəbilqə – döyüşçülərin başlarına qoyduqları metaldan
tökülmüş papaq
əliboş – əlində heç bir şey olmayan
qəddar – rəhmsiz, amansız, mərhəmətsiz, zalım meydan – düz və geniş sahə; düzənlik, genişlik saziş – qarşılıqlı razılığa gəlmə; anlaşma, fikir birliyi,
həmrəylik, birlik
silah – hücum və ya müdafiə üçün alət; yaraq
təəccüblənmək – təəccüb etmək, heyrət etmək
yayınmaq – 1. başqa yerə cəlb olunmaq, başqa
şeylə məşğul olmaq, kənara çıxmaq, qaçmaq;
2. burada – cürbəcür bəhanələrlə boyun
qaçırmaq, qaçmaq mənasında
Saray (Sara) xatunun
cəsarət – qorxmazlıq, hünər, cürət
elçi – bir dövləti başqa bir dövlətdə təmsil edən diplomatik nümayəndə
məsul – 1. üzərinə məsuliyyət qoyulan, cavabdeh
olan; 2. burada – böyük əhəmiyyəti olan, çox
mühüm, çox əhəmiyyətli, məsuliyyətli
mətanət – dözüm, davamlılıq, möhkəmlilik, yenilməzlik,
sarsılmazlıq, mətinlik, iradə
müdrik – dərin dərrakəli, çox ağıllı, çox dərin
düşünən
|