Sizinlə birlikdə daha maraqlı bir bölməni bitirdik. Həm də dərsliyi
tamamladıq.
Bu bölmədə siz Azərbaycanın bir hissəsinə səyahət etdiniz.
Həmin bölgələri fərqləndirən xüsusiyyətlərlə, məşhur edən tarixi
abidələrlə, onların zəngin mətbəxi ilə tanış oldunuz. Araşdırmalar
apardınız, təqdimatlar, layihələr hazırladınız. Yeni biliklər əldə etdiniz.
Sizə fikirlərinizi bölüşməyi, təqdimatlarınızı sosial şəbəkələrdə
yerləşdirməyi, hamını araşdırmalarınızın nəticələri ilə tanış etməyi
tövsiyə edirik.