Bakı şəhərinin simvolu hesab edilən Heydər Əliyev Mərkəzi Heydər Əliyev pr(o,a)spektində yerləşən araşdırma və beynəlxalq dialoq mərkəzidir. Mərkəzin layihəsi 2007-ci ildə ərəb memarı Zaha Hadid tərəfindən işlənmişdir.
Kompleksin ərazisi 15,93 hektardır. Bina dalğavari quruluşa malikdir. Mərkəzin ağ rəngdə olması parlaq gələcəyin simvoludur.
Heydər Əliyev Mərkəzinin binasının dizaynına görə Zaha Hadid “İlin dizaynı – 2014” mükafatını almışdır.
2. Verilmiş məlumatları
sistemləşdirib vahid mətn tərtib edin. |
“MİNİ
AZƏRBAYCAN”
İkinci mərtəbədə yerləşən “Mini Azərbaycan” sərgisində
Bakıda və Azərbaycanın digər bölgələrində
yerləşən, tarixi-memarlıq
əhəmiyyətinə malik
45 binanın maketi sərgilənir.
Sərgilənən binalar arasında Qız qalası, Möminə xatun türbəsi,
Bakı vağzalı, Azərbaycan Dövlət Filarmoniyası, İsmailiyyə
sarayı, Hökumət evi, Yaşıl teatr, Bakı Kristal Zalı, Alov
qüllələri, Bakı (Alimpiya, Olimpiya)
stadionu, Azərbaycan
Respublikası Dövlət
Neft Fondunun
maketi vardır.
|