Mətndə göy rəngdə verilmiş sözlər
bitişik, yoxsa ayrı yazılmalıdır?
...Lerik Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1986-cı ildə təşkil olunub. Muzeydə Lerikin tarixi, flora və faunası ilə bağlı materiallar, rayonda aparılmış tədqiqat işləri zamanı tapılan arxeoloji materiallar vardır. Burada həmçinin Şah İsmayıl Xətai dövrünə aid maraqlı eksponatlar, sənətkarlıq nümunələri nümayiş etdirilir. |
Lerik tarixi abidələr, həm də uzunömürlülər diyarı kimi məşhurdur. Lerik uzunömürlülərinin adları “Ginnesin rekordlar kitabı”na da düşüb. 120, 140, 150 illik yubileylər yalnız Azərbaycanda, özü də Lerikdə olub. Muzeydə Lerik uzunömürlüləri haqqında 1100-dən çox eksponat, o cümlədən maraqlı məlumatlar və fotoşəkillər yer alıb.
Tofiq Babayev,
Tahir Şahbazov |
|
1. Mətnə əsasən Lerikin “uzunömürlülər diyarı” adlandırılmasının səbəbini müəyyən edin.
2. Mətndə sizə lazım olan hansı məlumatlar yoxdur? Layihəni davam etdirmək üçün siz nə
etməlisiniz?
|
|
3. Sözləri ümumi bir anlayışla ifadə edin.
● palıd, vələs, ağcaqayın, dəmirağacı ?
● Lerik, Yardımlı, Masallı, Lənkəran ? ● qaban, tülkü, dovşan, canavar ? |
|
4. Verilmiş mətn əsasında plan tərtib edin.
|