Hazırlanma qaydası belədir:
1 kq qoyun əti maşından keçirilib yağda
qovrulur. İçərisinə 20 qram zoğal axtası
(tumu çıxarılmış meyvə qurusu), 50 qram
kişmiş vurulur. 500 qram düyü süzülərək
qiymə ilə qat-qat qazana yığılıb dəmə
qoyulur. Qazmaq hazırlamaq üçün lazım
olan məhsullar isə bunlardır: 500 qram un,
1 yumurta, 100 qram yağ yoğurulub yuxa
halına salınır və qazanın dibinə qoyulur.