...Nəhayət, yarış günü gəlib çatdı. Aparıcı ilk sırada yarışa çıxacaq atların adını elan etdi.
“Qarabağ gözəli”ni həmin erməni sürəcəkdi. İşarə verilən kimi at ildırım sürəti ilə irəli atıldı.
Rəqiblərini bir-bir arxada qoyaraq irəli keçdi. Erməni sevindiyindən öz dilində bağırdı. At yad
dildə deyilən sözləri eşitcək sürətini yavaşıtdı. Özündən ixtiyarsız başını qaldırdı və gözləri
qarşıda görünən dağlara sataşdı. Elə bildi ki, qarşısındakı Cıdır düzüdür. Bütün qüvvəsi ilə
irəli atıldı.
İki ayağı üstə qalxaraq dəli bir
kişnərti çəkdi, ermənini belindən
atdı. O, finiş xəttini təkbaşına keçə-
rək
öz “Cıdır”ına sarı üz tutdu. Ar-
xadan onu qovurdular, lakin heç köl-
gəsinə
də çata bilmirdilər. Qarabağ
atı onu böyüdən, yetişdirən yurduna
doğru qaçırdı. Lakin doğma torpa-
ğın
qoxusu dəymirdi burnuna.
At öz yurdunu, öz torpağını ax-
tarırdı, ona görə də ürəyi atlana-
atlana
qaçır, qaçırdı... Nəhayət, ürəyi
dözmədi, ağzı köpükləndi. Atın diz-
ləri
büküldü, torpağa sərildi.
Aygün Həsənoğlu