1 |
Şeirdə hansı obyektə müraciət olunur?
|
2 |
“Azərbaycan” şeirindəki təsvirlərə əsasən uyğunluğu müəyyənləşdirin:
|
Əziz dostlar!
“Xoşbəxtliyin sirri” mət- nindəki müdrik insan xoşbəxtliyin sirrini gəz- məkdə və ətrafdakı gö- zəlliyi seyr etməkdə görür. Gəlin biz də Azər- baycanı səyahətə çıxaq, onun gözəllikləri, adət- ənənəsi, mədəniyyəti ilə tanış olaq. |
Vətənimin seyrinə çağırıram elləri,
Sərvət görmək istəyən Azərbaycana gəlsin! Bəzənib başdan-başa şəhərləri, kəndləri, Cənnət görmək istəyən Azərbaycana gəlsin!
Qanımızda dövr edən sədaqətdir, sədaqət,
Günəşdən də parlaqdır gözümdə bu həqiqət. Dostuna, qardaşına təmənnasız məhəbbət, Hörmət görmək istəyən Azərbaycana gəlsin! |