Biz fikrimizi bildirmək üçün nitqimizdə müxtəlif cümlələrdən istifadə edirik. Bir qisim cümlələr vasitəsilə müxtəlif məlumatlar verilir. Yazıda belə cümlələrin sonunda nöqtə işarəsi qoyulur.
Məsələn:
Bir qisim cümlələr isə hər hansı bir hadisə, əşya haqqında məlumat almaq məqsədilə işlədilir. Yazıda belə cümlələrin sonunda sual işarəsi qoyulur.
Məsələn:
İki yoldaş meşə ilə gedirdi Birdən böyük bir ayının onlara tərəf gəldiyini gördülər Uşaqlar bir-birlərinə baxdılar: Nə edək Uşaqlardan biri dərhal ağaca çıxdı O birisi qaça bilməyib yerə uzandı, özünü ölülüyə vurdu Ayı onu iyləyib getdi Ağacdakı uşaq yerə düşüb ondan soruşdu Ayı sənə nə dedi Ayı mənə dedi ki, pis yoldaş adamı həmişə darda qoyub qaçar Belələri ilə yoldaşlıq etmə (L.N.Tolstoy) |
Şəkil ilə mətn
arasında hansı uyğunsuzluq var? |
|
12. Aşağıdakı mövzulardan birini seçməklə inşa (təqdimat da hazırlaya bilərsiniz) yazın.
● “Səyahət etməyi sevirəm”.
● “Səyahət mənə nə verdi?” |