Hamı gedib-gəlir, insanlar bir kənarda söhbət edir, musiqiçilər gözəl mahnılar ifa edirlər. Bir tərəfdə ləziz yeməklər düzülmüş masa da var. Bilikli qoca sıra ilə insanlarla söhbət edirdi. Oğlan sırasını gözləməli olur. Sırası çatanda qoca vaxtının olmadığını bildirir. Bir-iki saat sarayı gəzib-dolaşmağı, sonra onun yanına (gəlməyi, yaxınlaşmağı) tapşırır:
– Səndən bir xaişim olacaq. İçində iki damcı yağ olan bu qaşığı da dağıtmadan özünlə bərabər gəzdir.
Oğlan razılaşır və sarayı gəzməyə başlayır. Hər yeri gəzdikdən sonra müdrik qocanın yanına qayıdır. O soruşur:
– Saraydakı gözəllikləri gördünmü
Oğlan heç nə görmədiyini (boynuna alır, etiraf etməli olur). Müdrik insan baxır ki, yağ da dağılmayıb. O deyir:
– (Yenidən, təkrar) get və dünyanın gözəlliklərini, nemətlərini görməyə çalış.
Oğlan ürəklə sarayı gəzməyə yollanır. Sarayın divarlarındakı hikmət dolu yazıları
oxuyur, həyətdəki güllərin, çiçəklərin gözəlliyini gördükcə heyran qalır.
Sonra qocanın yanına qayıdır. Gördüklərini bir-bir (anlatmağa, danışmağa)
başlayır. Müdrik insan oğlandan qaşıqdakı yağı soruşur. Qaşıq boş idi.
Oğlan gözəllikləri görməyə çalışdığından qaşıqdakı yağı unutmuşdu.
Müdrik deyir:
– Oğlum, sənə bir öyüdüm var. Xoşbəxtliyin sirri
dünyanın bütün gözəlliklərini görə bilməkdir.
Amma qaşıqdakı iki damcı yağı unutmadan…