5. Uyğun olanları seçməklə aşağıdakı cümlələri tamamlayın.
Üzeyir
Hacıbəylidir rəmzidir
şagirdlərin
borcudur 1. Himn müstəqilliyimizin ... .
2. Himnin müəllifləri ... .
3. Himnə hörmət etmək ... .
hamının
borcudur Əhməd
Cavaddır dövlət atri-
butlarından biridir 6. Sinən hərbə meydan oldu cümləsini necə başa
düşürsünüz? 7. Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu! misralarında hansı fikir ifadə olunmuşdur? Fikirlərinizi izah edin.
|
Azərbaycan Respublikasının
Dövlət Himnindən istifadə qaydaları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU (ixtisarla) 1.1. Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasının Dövlət Himni Azərbaycan Respublikasının dövlət rəmzidir. 2.1. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən, hər bir vətəndaş Azərbaycan Respublikasının Dövlət Himninə hörmət etməlidir. 6.3. Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə Azərbaycan Respublikasının vətən- daşları Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdırlar. 6.4. Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməlidirlər. 8.1. Azərbaycan Respublikasının Dövlət Himni başqa dildə oxuna bilməz. İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 19 fevral 2019-cu
il
|