|
4 |
Bunlardan biri mətndə ifadə olunan əsas fikirdir: |
5 |
Fikirləri tamamlayın: |
|
|
|
Tısbağa dedi:
– Razıyam. Necə lazımdırsa, elə də edin. Mən söz verirəm ki, canımı dişimə tutub heç cınqırımı da çıxartmayım.
Ördəklər çubuq tapıb gətirdilər. Tısbağa dişi ilə bərk-bərk onun ortasından tutdu. Onlar çubuğu hər iki başından götürüb göyə qalxdılar. Ördəklər bir az da yüksəyə qalxdıqda adamlar onları görüb təəccüb etdilər, sağdan və soldan səslər ucalmağa başladı: “Ora baxın, ora baxın! Ördəklər tısbağa aparır!”
Tısbağa bir müddət susdu, lakin sonra davam gətirə bilməyib cavab vermək istədi.
Onun ağzını açması ilə yerə dəyməsi bir oldu.
Ördəklər bu əhvalatı hər yerdə danışmağa başladılar ki, dostlar bundan ibrət dərsi götürsünlər.
“Kəlilə və Dimnə”dən