Uşaqlarla oynamaq üçün küçəyə düşdü. Skamyada bir oğlanın oturduğunu gördü. Onun çox şən, iri, göy gözləri vardı.
– Çox heyif! – Jenya dedi, – sən mənim xoşuma gəldin və mən böyük məmnuniyyətlə səninlə qaçardım.
– Mən də böyük məmnuniyyətlə səninlə oynayardım. Lakin, təəssüf ki, bu, mümkün deyil, – deyə Vitya kədərlə dilləndi. Nə etmək olar? Görünür, mən ömürlük belə qalacağam.
– Ax, sən necə də boş-boş şeylər danışırsan, ay oğlan, – deyə Jenya qışqırdı. Cibindən öz qiymətli çiçəyini çıxartdı. Axırıncı ləçəyi ehtiyatla qopartdı və titrək səslə oxumağa başladı:
Uç, uç, ləçək,
Qərbdən Şərqə doğru, Şimaldan Cənuba doğru Dairə vuraraq, qayıt. Bircə yerə sən dəysən, Əmr et, mənim istədiyim kimi olsun! Əmr et ki, Vitya sağlam olsun! Valentin Katayev
|
Sizcə,
nə baş verəcək |