|
4 Müəyyən etdiyiniz xüsusiyyətlərə əsasən özünüz haqqında şəkilli kiçik təqdimat hazırlayın.
|
Mənim adım Ləmandır. Ailənin ilk övladıyam. Mən valideynlərimi çox sevirəm, onlar da məni çox sevir.
Ata-anamın məsləhətlərinə həmişə qulaq asıram.
Evdə hamıdan çox nənəmi istəyirəm.
|
Ev işlərində anama kömək edirəm. Otağımı səliqəli saxlamağa çalışıram. Ən
sevimli məşğuliyyətim gülləri sulamaqdır.
|
Mən beşinci sinifdə oxuyuram. Müəllimlərim çalışqan oldu- ğumu söyləyir. Sinfimizdə 25 şagird var. Dostlarımla mehri-
banam. Tənəffüsdə onlarla maraqlı söhbətlər edir, oxudu-
ğumuz kitablardan danışırıq.
Amma bir xüsusiyyətim var. Kitablarımı səliqəsiz saxla- yıram. Onların vərəqlərində qələmlə qeydlər edirəm. Bəzən
vərəqlər cırılmış olur.
Özümə söz vermişəm ki, bundan sonra kitablarımı səliqəli saxlayım.
|