Asılılığın yaranmaması üçün istiqamətHər gün nə edəcəyinizi planlaşdırın. Oyuna nə qədər vaxt sərf edəcəyinizi müəyyənləşdirin. Qərarınızda qəti olun. Vaxt tamam olan kimi oyunu dayandırın. “Əvvəl dərs, sonra əyləncə” şüarına riayət edin. Asılılığın yaranmaması üçün daha nələri təklif edirsiniz? 5. Şagirdlərin yazıları ilə bağlı fikirlərinizi bildirin. Onların dedikləri ilə razısınızmı?
|
İnternet vasitəsilə biz cəmiyyətimizin digər
üzvləri, uzaq ölkələrdə yaşayan dostlarımız və
tanışlarımızla ünsiyyət qurur, fikirlərimizi bö-
lüşürük. İnternet vaxtdan qənaətlə istifadə et-
məyə imkan verir. Bu çox yaxşı haldır. Ancaq
müsbətlə yanaşı, mənfi təsirləri də var. İnter-
netdən
istifadə edərkən, yəni müxtəlif oyunlar
oynayarkən biz ətrafdan təcrid olunuruq. Gü-
nümüzün
çox hissəsini oyuna sərf edirik. Həm
də daha çox aqressiv oluruq. Ailə üzvlərimizlə
bəzən kobud rəftar edirik. Səs tonumuza, söz-
lərimizə
fikir vermirik. Mənə elə gəlir ki, hər
bir yenilik gözəldir. Amma ondan düzgün isti-
fadə
etmək lazımdır. Sağlamlığımıza, xarakte-
rimizə,
davranışımıza mənfi təsir etməsinə
imkan verməməliyik.
İnternetin biz insanların, xüsusilə də mək-
təblilərin
və azyaşlı uşaqların həyatında fay-
dalı
və zərərli tərəfi vardır. Faydalı tərəfi odur
ki, biz məktəblilər internet vasitəsilə istənilən
məlumatı çevik almaq imkanına malikik. Zə-
rərli tərəfi də odur ki, vaxtımızın çoxunu kom-
püter
arxasında əyləşməyə sərf edirik. Uşaq-
larda
döyüş səhnələri ilə bol olan kompüter
oyunları əsəbilik, aqressivlik, zorakılıq və s.
kimi mənfi xüsusiyyətlərin meydana gəlməsinə
səbəb olur. Amma elə oyunlar var ki, onlar
inkişafımıza yaxşı təsir göstərir. Ev qurmaq,
təsərrüfat yaratmaq və inkişaf etdirmək kimi
bacarıqlar verən oyunlar maraqlıdır. Ona görə
də biz internetdən düzgün, yerində və ölçü-
sündə
istifadə etməliyik.