✓ İnternetin zərərli və faydalı tərəfləri haqqında ilkin fikirlərinizi söyləyin.
Dərslər bitən kimi Nicat məktəbdən qaçaraq evə gəldi.
Saat 13:20 idi. Çantasını bir tərəfə atıb kompüter olan otağa
qaçdı. Kompüteri yandırdı, ekran işıqlandı. O, Fatimədən al-
dığı
oyun diskini kompüterə yerləşdirdi. Oyun gec yüklən-
diyindən
hələ kompüterə də “acıqlandı”: “Tez ol!”
Nəhayət, oyun haqqında məlumat verən müxtə-
lif
yazılar açıldı. Ekranda oyunun adı, macəra xarak-
teri daşıması, oyunun qaydaları, sifariş əsasında ha-
zırlanması, müəllif hüquqlarının qorunması və s.
haqqında məlumatlar meydana çıxdı.
Daha sonra ekranda döyüş meydanı canlandı.
Hərbi tanklar, vertolyotlar, qırıcı təyyarələr... Nicat
düymələrdən birini – start düyməsini basdı...
...Ata-anası işdən qayıdanda saat 7 idi. Nicat hələ
də kompüter arxasında idi...