Aplikasiya - rəngli kağız, dəri, məxmər parça-
ların kağız və ya digər səth üzərinə yapışdırılması
üsulu ilə yaradılan təsvirdir.
Dekorator - bəzəkçi, bəzəmək üzrə mütəxəssis,
rəssam.
Dizayn - rəsm, ideya, layihə; əşyanın bədii
tərtibatı.
Dizayner - istifadə edilən əşyaların rahat və
gözəl olmasını düşünən rəssam.
Ekskursiya - bilikləri artırmaq, yaxud da əyləncə
məqsədi ilə muzeyə, sərgiyə, təbiətə və digər
yerlərə təşkil edilən kollektiv səyahət forması.
Əsas rənglər - digər rənglərin qarışığından
alınmayan qırmızı, göy və sarı rənglər.
Əsər - rəssam tərəfindən müxtəlif materiallar
vasitəsilə yerinə yetirilən təsvir.
Fırça - boyanı kağız üzərinə çəkmək üçün
istifadə edilən alət.
Forma - əşyanın ümumi görünüşü. Kvadrat, üçbucaq, dairəvi və s.
olur.
Görünüş - əşyanın zahiri şəkli, görkəmi.
Heykəl - həcmli təsvir. Ona hər tərəfdən baxmaq olar. Heykəllər
plastilin, metal, daş, gil və digər materiallardan yaradılır.
Heykəltəraş - heykəlləri yaradan sənətkar. O, heykəlləri gil və
plastilindən yapır, daşdan yonur, ağacdan oyur.
Heykəltəraşlıq - təsviri sənətin həcmli təsvirlər yaradan növü.
Həcm - ölçü, böyüklük, miqdar və s. baxımından əşyanın tutumu.
Xalça - divara vurmaq və ya döşəməyə salmaq üçün rəngli yun
iplərdən toxunmuş naxışlı məmulat.
Xarakter - insanın hərəkət və davranışında müəyyən edilən
cəhət.
Xətt, cizgi - təsvir alətləri ilə kağız üzərinə çəkilən cızıq;
düz, maili və s. olur.
Qrafika - təsviri sənət növü. Qrafik təsvirlər flomaster,
karandaş və ya qələm vasitəsilə xətt və cizgilərlə çəkilir.
Qrafik-rəssam - qrafika sahəsində çalışan insan.
Quaş - qeyri-şəffaf, qatı örtücü xüsusiyyətə malik
sulu
boya.
Quruluş - hər hansı bir varlığın, obyektin daxilinin qurulma üsulu.
Ləkə - rəngkarlıqda bədii ifadə vasitəsi.
Maket - bina, küçə və ya şəhərin kiçik ölçüdə olan nümunəsi.
Memar - bina və tikililərin konstruksiyasını, tərtibatını işləyib-hazırlayan rəssam.
Milli geyim - hər bir xalqın, millətin özünəməxsus olan geyim növü.
Misgər - mis ilə işləyən sənətkar.
Misgərlik - misgər sənəti, mis ilə işlənilən xalq sənət növü.
Muzey - incəsənət əsərlərinin toplandığı, öyrənildiyi, mühafizə və nümayiş etdirildiyi yer.
Naxış - xətt, fiqur və təbii formalardan ibarət bəzək.
Nəbati naxış - gül, yarpaq, budaq və digər təbiət elementlərindən ibarət naxış.
Oriqami - yapon mədəniyyətində "kağız qatlama sənəti".
Rəngarəng - müxtəlif rəngli, əlvan olan.
Rəngkar - kətan, lövhə, karton, kağız üzərində boyalarla işləyən rəssam.
Rəngkarlıq - təsviri sənət növü; səth üzərində boyalarla işlənilən təsvir.
Rəssam - təsviri incəsənət əsərləri yaradan sənətkar.
Sərgi - müxtəlif mövzularda təşkil edilmiş, qayda il qoyulmuş və ya asılmış incəsənət əsərlərinin
nümayiş etdirildiyi yer.
Təsvir - çəkilən, yapılan, fotoaparatın yaddaşına köçürülən yaradıcı işlər.
Təsvir etmək - ətraf aləmi seyr etmək, müşahidələr aparmaq və müqayisə edərək çəkmək bacarığı.
Yapma - plastilin və ya gil vasitəsilə yaradılan fəaliyyət.