Araşdıraq va tədqiqat aparaq
İnsanlar robot-maşın da düşünüb
dizayn edirlər. Müasir robotlar müxtəlif
iş görə bilir. Robotların dizaynından
başqa, mütəxəssislər onların idarə
olunması üçün proqram təminatını da
düşünürlər. Bu, robotların vəzifələrini
dəqiq şəkildə yerinə yetirməsinə
imkan verir. Robotu idarə etmək üçün
kiçik hissələri və düymələri olur.
Onlarla birlikdə gələcəyə səyahət
etməyə hazırsınızmı? O zaman uça
bilən aparat və fərqli robotlar
hazırlayın.
Düşünək
Robotlara harada rast
gəlmək olar? Robot nə iş
görə bilər? Robotların
forması, rəngi və detalları
nəyə əsasən seçilir?
Düzəldəcəyiniz robotu
xüsusi edən nədir?
Ətrafınızda çoxlu robot
olsaydı, nə baş verərdi?
İnsanların gördüyü işləri
robotlar etsə, o zaman
insanlar nə işlə məşğul
olardı?
Yaradaq
Robotu məişətdə istifadə
etdiyiniz kağız və plastik
qutulardan, rəngli kağız
və kartondan hazırlayın.
Əvvəlcə robotun nə iş
gördüyünü müəyyən
edin, sonra onun
hissələrini hazırlayın.
Gördüyü işdən asılı olaraq
detal və düymələrini
yerləşdirin. Verilmiş
nümunələrdən istifadə
edə bilərsiniz.