Düşünək-müzakirə edək
Gördüyünüz qablar və onların materialları barədə nə deyə bilərsiniz?
A
Qabların necə hazırlandığını bilirsinizmi? Bu qablardan necə istifadə
edirlər? Onların formaları haqqında danışın.
Öyrənək
Rəssam ev əşyalarından daha rahat istifadə etmək üçün onların formalarını
düşünür. Belə rəssam dizayner adlanır.
Keçmişdə xalq sənətkarları qab-qacağı misdən hazırlayardılar. Qablara
misgərlik nümunələri, bu sənətkarlara isə misgər deyilirdi. Qabların belə
gözəl görünməsində naxışların rolu böyükdür.
B
Qədim misgərlik nümunələri