Araşdıraq va tədqiqat aparaq
"Karaoke" - yapon sözüdür,
"boş orkestr" mənasını verir.
Karaoke zamanı insanlar
böyük səhnələrdə olduğu
kimi musiqi sədaları altında
mahnı oxuyur, rəqs edir,
özlərini məşhur müğənnilərə
oxşadırlar. Onlar asudə
vaxtlarını səmərəli keçirirlər.
Mikrofon, səsgücləndirici,
lazer disklər, monitor və
videoyönləndiricilər karaoke
ifa etmək üçün çox vacibdir.
Düşünək
Təsəvvür edin ki, birlikdə kara-oke
ifa edirsiniz. Bunun üçün
hansı mahnıları seçərdiniz?
Bəs məkanı necə təsəvvür
edirsiniz? Məkanda nələr olmalıdır?
Musiqini səsləndir-mək
və ifa etmək üçün nələr
lazımdır? Geyim və ayaqqabılarınızın
necə olmağını istərdiniz?
Karaoke ifa edərkən
hansı yeniliklərlə tanış olur,
nələr öyrənirsiniz? Ailənizlə
birlikdə karaoke ifa etməyi
düşünürsünüzmü?
Yaradaq
Əylənmək üçün maraqlı məkan və
geyimlər çəkin. Bunun üçün işi öz
aranızda bölüşün. Böyük formatlı
vərəqdə məkanı çəkin. Rəngarəng
işıqları göstərmək üçün
onları müxtəlif əlvan rənglərlə
boyayın. Uşaqları ayrı vərəqlərdə
çəkin və rəngləyin. Uşaqların rahat
olması üçün gözəl və əlvan geyimlər
düşünün və çəkin. Bəlkə,
onlara maskalar da çəkəsiniz?
Sonra hazır uşaq fiqurlarını kəsin
və səhnə olan vərəqdə yerləşdirərək
yapışdırın.