Düşünək-müzakirə edək
Rəssam nə təsvir etmişdir?A - B Əsərdə təbiətin hansı gözəllikləri
əks olunmuşdur? Rəssam yaxında və uzaqda nələri təsvir etmişdir?
A
"Bahar nəğməsi". Səttar Bəhlulzadə.
Öyrənək
Rəssam təbiətin rəngarəngliyini öz əsərlərində təsvir edir. Bu əsərlərdə
ağaclar və çiçəklər, quşlar və heyvanlar, mavi səma və buludlar, torpaq və yaşıl
çəmənliklər əks olunur. Rəssam bunları yaxından və uzaqdan təsvir edir.