Kəpənəyə əlvan, yaraşıqlı
və naxışlı "geyim" çəkin.
1
Vərəqi iki yerə
qatlayın və yenidən
açın. Bir hissədə
boyalarla ləkə, xətt və
yaxud nöqtələr çəkin.
2
Vərəqi yenidən qatlayın və
üzərindən əlinizlə basın.
3
Vərəqi yenidən açın. Hər iki tərəfdə
yayılmış ləkə alınacaq.
4
İş quruduqdan sonra kəpənəyə flomasterlərlə göz, bığcıq və hətta naxışlar da
çəkə bilərsiniz.
Bu üsulla daha nələri çəkmək olar?
Həşəratlar bizə hansı xeyir və zərər verir?