Qanadlarındakı bəzəklər barədə danışın.
Öyrənək
Ətraf aləm müxtəlif naxışlarla zəngindir. Təbiət - geniş fantaziyaya malik
rəssamdır. Onun ətrafda yaratdığı əlvan rəngləri və qeyri-adi formaları gör-
mək olar.
Təbiətdə çoxlu sayda müxtəlif həşəratlar var. Onların hər birinin öz quruluşu,
forması, rəngi və naxışları olur. O həşəratların sağ və sol qanadlarındakı naxış-
lar eyni olur.
Daha hansı həşəratları tanıyırsınız? Onlar harada yaşayır?