Yunanıstan ahalisi arasında olan sosial-iqtisadi münasibətləri təsvir edin.
Şəhər dövlətlər. E.ə. VIII əsrdə Orta Yunanıstanda Afina, Cənubi Yunanıstanda Korinf, Sparta, Egey dənizinin sahil və adalarında Milet, Efes, Rodos kimi şəhər-dövlətlər yarandı. Bu şəhər-dövlətlərin hər birinin öz akropolu var idi. Bunların içərisində ən gözəli və memarlıq abidələri ilə zəngin olanı Afina akropolu idi.
Yunanıstanda sosial-iqtisadi münasibətlər. Akropolda yaşayan varlılar Afinanın əhalisini özlərinə tabe etmişdilər. Onlar özlərini “aristokrat”, yəni adlı-sanlı adam, idarə üsullarını isə “aristokratiya”, yəni “adlı-sanlıların hakimiyyəti” adlandırırdılar. Aristokratiyaya aid olmayan azad əhali demos adlanırdı.
E. ə. VII əsrdə Qədim Yunanıstanda qızıl və gümüş pullardan istifadə edilirdi.
Əhali əkinçilik və maldarlıqla məşğul olurdu. Əhalinin digər hissəsini günəmuzdlular* (sənətkarlar və dənizçilər) təşkil edirdi.
* Günəmuzdla — torpağı və daimi işi olmayan, yalnız gördüyü işə görə haqq alan adamlar