Akropol, aqora, Afina, Sparta, demos, hilotlar
Ərazisi və əhalisi. Yunanıstanı üç dəniz — cənubdan Aralıq, qərbdən İon, şərqdən isə Egey dənizi əhatə edir.
Yunanıstan ərazisi üç hissəyə bölünmüşdür: Şimali, Orta və Cənubi Yunanıstan. Cənubi Yunanıstan, həm də Peloponnes adlanırdı. Şimali Yunanıstanla Orta Yunanıstanı Fermopil keçidi birləşdirir. Orta Yunanıstanla Cənubi Yunanıstan arasında isə Korinf körfəzi yerləşir. Yunanıstanın cənubunda ölkənin ən böyük adası sayılan Krit adası yerləşir.
Krit padşahlığı. Avropada ən qədim dövlət e.ə. 3— 2-ci minilliklərdə Kritdə yaranmışdır.
Kritlilər əla gəmilər düzəldirdilər. Onlar möhtəşəm saraylar tikməyi bacarır, sarayların divarlarını freskalarla* bəzəyirdilər.
* Freska — divarda xam mala üzərində çəkilmiş şəkil