Hindistan mədəniyyətinin inkişaf xüsusiyyətlərini müəyyənləşdirin.
Qədim Hindistan memarlığında qazanılan uğurları dəyərləndirin.
Bu kastalardan heç birinə daxil olmayan “toxunulmaz” adamlar da var idi. “Toxunulmazlar” kastalara aid olanlara toxuna bilməzdilər. Onlar üçün xüsusi qaydalar qoyulmuşdu.
Mədəniyyət. Hindlilərin öz yazısı var idi. Onlar Finikiya əlifbası ilə də tanış olmuşdular.
Qədim hindlilərin etiqadları və dünyagörüşləri onların yaratdığı “Mahabharata” və “Ramayana” dastanlarında öz əksini tapmışdır.
Hindlilər elmə də böyük töhfələr vermişlər. Hindlilərin ixtira etdiyi asan hesablama qaydası ən mühüm yenilik idi. Onlar sıfır rəqəmini tətbiq etdilər. Həmin rəqəmin köməyi ilə nəinki onluqları, yüzlükləri, həm də minlikləri ifadə etmək mümkün idi. Ərəblər hind rəqəmlərini mənimsəmiş, avropalılar isə ərəblərdən öyrənmişdilər.
Qədim Hindistanda memarlıq və heykəltəraşlıq da inkişaf etmişdi. Padşah Aşokanın dövründə möhtəşəm sütunları olan saray və məbədlər inşa olunmuşdu. Sütunlardan birinin üstündə daşdan yonulmuş dörd aslan heykəli dururdu. Bu aslanlar dünyanın dörd tərəfinə baxırdılar. Onlar sanki keşikçi kimi dövlətin sərhədlərini qoruyurdular.
E.ə. I əsrdə daşdan yonulmuş darvaza əsl incəsənət nümunəsidir. Qədim heykəltəraşlar bu darvazanı zəngin naxışlarla bəzəmişlər. Burada Hindistanın zəngin bitki və heyvanat aləmi, hind xalqının əfsanəvi qəhrəmanları təsvir olunmuşdu.