Hindlilər inanırdılar ki, insanları yaradan baş tanrı onları əməllərinə görə kastalara bölmüş, hüquq və vəzifələrini müəyyən etmişdir.
Kahinlər (din xadimləri) — brahmanlar kastasına daxil idilər. Ona görə də onlar tanrı adından danışa bilərlər. Döyüşçülər ikinci kastaya daxil idilər. Tacir, sənətkar və əkinçilər üçüncü, nökər və qulluqçuların daxil olduğu şudralar isə dördüncü kastanı təşkil edirdi. Kastaya məxsusluq irsi idi. Brahmanın oğlu brahman, şudranın oğlu şudra olurdu.
Hindlilər arasında ictimai bərabərsizliyin dində öz əksini necə tapdığını təsvir edin.