Qədim Hindistan dövlətinin yaranma və inkişaf amillərini izah edin.
Onlar icmaçı kəndliləri və qulları istismar etməyə başladılar. Hindistanda qulları “yad”, “düşman” adlandırırdılar. Tayfa başçıları — racələr tədricən padşahlara çevrilirdilər. Beləliklə, e.ə. 1-ci minillikdə Hindistanda ilk dövlətlər meydana gəldi.
E.ə. IV əsrin 20-ci illərində Makedoniyalı İskəndər Hindistanın şimal-qərb hissəsinə hücum etdi. Makedoniyalılar burada əhalinin güclü müqavimətinə rast gəldilər. İskəndər yorulmuş əsgərlərin tələbi ilə geri dönmək məcburiyyətində qaldı.
Mauriya sülaləsinin nümayəndəsi Aşoka e.ə. III əsrin 2-ci yarısında bütün Hindistanı vahid dövlətdə birləşdirməyə nail oldu. Onun ölümündən bir müddət sonra isə yaratdığı dövlət dağıldı.
Kastalar* Hindlilər arasında yaranmış bərabərsizlik onların dinində də öz əksini tapmışdı.
* Kastalar — qəti müəyyənləşdirilmiş hüquq və vəzifələri olan insan qrupları