Bu yolla Yaxın Şərq ölkələrinə və Aralıq dənizi hövzəsinə Çindən ipək, gil qablar və s. məhsullar gətirilirdi. Bu mallar içərisində ipək əsas yer tuturdu. Odur ki, Çindən gələn karvan yolu “Böyük İpək yolu” adlanırdı. E.ə. II əsrdə İpək yolu Çindən Şimali Afrikaya və İspaniyaya qədər böyük ərazidə yerləşən bütün dövlət və xalqları birləşdirirdi. Bu yolun əsas xətlərindən biri də Azərbaycandan keçirdi. Bu yolla təkcə tacirlər getmir, Çin orduları qarətçi yürüşlər də edirdilər.
Çində xalq üsyanları. Eramızın əvvəllərində müxtəlif vergilər və torpağın ağır şərtlərlə icarəyə verilməsi Çində güclü xalq üsyanlarının baş verməsi ilə nəticələndi. Bu üsyan tarixdə “Qırmızıqaşlılar” üsyanı adlanır. Üsyançılar seçilmək üçün qaşlarına qırmızı rəng çəkmişdilər.
184-cü ildə isə Çjan qardaşlarının başçılığı ilə böyük “Sarısanqlılar” üsyanı baş verdi. Üsyançılar tanınmaq üçün başlarına sarı sarıq bağlamışdılar.
Çin dövlətinin inkişaf və tənəzzül dövrlərini müqayisə edin.